Nailiyyətlərimiz

"Sabahın alimləri" müsabiqəsiFevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” V Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Üç gün davam edən müsabiqədə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılıb. Bu il məktəb 3 layihə ilə təqdim olunmuşdu: 9a sinif şagirdi Hacıyeva Nərgiz Biologiya nominasiyasında, 11k sinif şagirdi Səmədov Aydın Fizika –astronomiya nominasiyasında, 11b sinif şagirdi Gözəlov Ziya “Kompüter elmləri” nominasiyasında işlər təqdim etmişdirlər. Çox sevindirici haldır ki məktəbin 11k sinif şagirdi Səmədov Aydın təqdim etdiyi layihə Fizika-astronomiya nominasiyasında III yerin qalibi olmuşdur. Bu Aydının “Sabahın alimləri” müsabiqəsində ikinci nailiyyətidir. Aydını məktəb adından təbrik edir, ona bol uğurlar arzu edirik!

Məktəbimizin qabaqcıl müəllimlərindən biri olan Ağayeva Məlahət xanım "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram: 1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar: Abbasova Ülviyyə Vaqif qızı Abdullayeva Gülnarə Bəşir qızı Abidi Gülnarə Abusəməd qızı Ağayeva Məlahət İmran qızı Ağayeva Vüsalə Əli qızı Axundova Nailə Ələsgər qızı Axundzadə Həcər Təvəkkül qızı Allahverdiyeva Afət İkram qızı Allahverdiyeva Bikə Əhməd qızı Aslanova Ülviyyə Salam qızı Babayeva Leyla Əvəz qızı Bayramov Şərafət Təhmuraz oğlu Bayramova İradə İsmayıl qızı Bəşirov Əmiraslan Xəlil oğlu Cabbarov Hafiz Əkbər oğlu Cabbarov Vasif Arif oğlu Cəfərova Cəmalə Fərəməz qızı Eldarova İradə Baba qızı Eyubova Mehriban Qulu qızı Əfəndiyeva Rübail Əhməd qızı Əhmədova Aliyə Fərman qızı Əhmədova Səlimə Bağır qızı Əliyev Rövşən Mirzə oğlu Əliyeva Könül İsa qızı Əliyeva Leyli Məhərrəm qızı Əliyeva Nəzakət Səlim qızı Əliyeva Sahilə Vahid qızı Əliyeva Tamara Nuruş qızı Əlizadə Aynur Məmməd qızı Əlizadə Sevda Cavanşir qızı Əmirova İlahə Malik qızı Əmrahova Sevda Rüfət qızı Əsədov Seyyub Əsəd oğlu Əsgərova Cəmalə Mehman qızı Əskərova Solmaz Hacıəhməd qızı Əyyubzadə Günay Teyyub qızı Fazilova Şəfəq Nadir qızı Fərzəliyev Dəyanət Xaliq oğlu Heydərova Pərvanə Müslüm qızı Həsənova Tatyana Qara qızı Həşimova Aygün Baba qızı Hümbətova Olqa Gennadyevna Hüseynov Hüseyn Əmirhüseyn oğlu Hüseynova Aynur Namiq qızı Hüseynova Gülnar Müşviq qızı Hüseynova Arzu Talıb qızı Xəlilova Söylü Nüşirəvan qızı Xudiyeva Günəş Şərəfəddin qızı Xudiyeva Xatirə Rafiq qızı İbrahimova Aynur Asif qızı İmanov Elmin Allahverdi oğlu İsmayılov Mərdan Rəhim oğlu İsmayılov Nicat Əli oğlu İsmayılova Aynurə Zahid qızı İsmayılova Mələknisə Yusif qızı Kərimova Dilşad Ədilağa qızı Qasımova Tahirə İsmayıl qızı Qayıblı Nügbar Məcnun qızı Qəribova Pərvin Yaşar qızı Quliyev Elməddin Əli oğlu Quliyeva Xəyalə Xeyrullah qızı Qurbanova Natalya Dmitriyevna Məhəmmədova Təranə Eyvaz qızı Məlikova İradə Telman qızı Məmmədli Ələddin Qibləli oğlu Məmmədova Sahibə Xasay qızı Məmmədova Şirin Nəcəf qızı Məmmədova Şirincan Əvəz qızı Məmmədova Zeynəb Əliqasım qızı Məşədibəyova Samirə Camal qızı Mirzayeva Ellada Rəşid qızı Mirzəyev Ziya Tofiq oğlu Mirzəyeva Zöhrə Məzayir qızı Mirzoyeva Kamalə Rəfayıl qızı Musayeva Nərmin Əsəd qızı Mustafayeva Nailə Tahir qızı Mustafayeva Vəfa Rafail qızı Nəcəfova Bikə Əliyulla qızı Nəzərova Sevinc Mahmud qızı Orucova Aynurə Tuiddin qızı Poladov Xəyal Bayram oğlu Ramazanova Yeganə Sətdar qızı Rəsulova Səbinə Əlibala qızı Rüstəmov Etibar Ələddin oğlu Rüstəmova Qəmər Xalıq qızı Rzayev Hüseyn Həsən oğlu Seyidəliyev Yaşar Nəcməddin oğlu Seyidova Şərəbanı Mirəbdüləzim qızı Səfərova Əminə Əli qızı Səmədov Azər İbiş oğlu Soltanova Gülsən Rza qızı Süleymanova Fatimə Hüseynbala qızı Şahbazov Rafət Məmmədəli oğlu Şahgəldiyeva Ədibə Səfər qızı Şükürov Yaşar Fəxrəddin oğlu Şükürova Nailə Sadıx qızı Tahirli Aytən Yaşar qızı Təhməzova Könül Arif qızı Valehova Gülbəniz Babaverdi qızı Vasanova Könül Məmməd qızı. 2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 dekabr 2015-ci il.

245 saylı məktəb 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazanan məktəblərdən biri oldu.2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram: 1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın: Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi Bakı Avropa Liseyi Bakı şəhəri 3 nömrəli tam orta məktəb Bakı şəhəri 54 nömrəli tam orta məktəb Bakı şəhəri 62 nömrəli məktəb-lisey Bakı şəhəri 129 nömrəli tam orta məktəb Bakı şəhəri 138 nömrəli tam orta məktəb Bakı şəhəri 149 nömrəli tam orta məktəb Bakı şəhəri 167 nömrəli tam orta məktəb Bakı şəhəri 204 nömrəli tam orta məktəb Bakı şəhəri 214 nömrəli tam orta məktəb Bakı şəhəri 240 nömrəli tam orta məktəb Bakı şəhəri 245 nömrəli tam orta məktəb Bakı şəhəri 257 nömrəli tam orta məktəb Bakı şəhəri 258 nömrəli tam orta məktəb Bakı şəhəri 267 nömrəli məktəb-lisey Bakı şəhəri 274 nömrəli tam orta məktəb Beyləqan şəhəri 1 nömrəli tam orta məktəb Culfa şəhəri 2 nömrəli tam orta məktəb Gəncə şəhəri 16 nömrəli tam orta məktəb Gəncə şəhəri 39 nömrəli tam orta məktəb İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbi Qax şəhəri 5 nömrəli tam orta məktəb Quba şəhəri 2 nömrəli məktəb-lisey Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb Qusar şəhəri 1 nömrəli tam orta məktəb Lənkəran şəhəri 6 nömrəli məktəb-lisey Lənkəran şəhəri 10 nömrəli tam orta məktəb Masallı rayonu “Dəfinə” məktəb-liseyi Mingəçevir şəhəri Texniki-humanitar lisey Mingəçevir şəhəri 7 nömrəli tam orta məktəb Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəb Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi Oğuz şəhəri 2 nömrəli tam orta məktəb Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəb Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb Şəki şəhəri 11 nömrəli tam orta məktəb Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb Şirvan şəhəri 9 nömrəli tam orta məktəb Şirvan şəhəri 18 nömrəli tam orta məktəb Tərtər şəhəri 1 nömrəli tam orta məktəb Ucar şəhəri 4 nömrəli tam orta məktəb Zaqatala şəhəri 2 nömrəli tam orta məktəb Zaqatala şəhəri 3 nömrəli tam orta məktəb. 2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Vüsal Bağırzadə Famil

Elxan Süleymanov Abdulla oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi