Nailiyyətlərimiz

Babazadə İsmayıl şeir müsabiqəsində birinci yerə layiq görülmüşdür"8 mart Beynəlxalq Qadınlar "günü münasibətilə "Ana müqəddəsdir" mövzusunda 265 nömrəli məktəbdə keçirilən rayon üzrə, ibtidai siniflər arası şeir müsabiqəsində 2 e sinif şagirdi Babazadə İsmayıl birinci yerə layiq görülmüşdür. Onu ürəkdən təbrik edir, uğurlarının davamını diləyirik.

Anapa şəhərində "Smena" Ümumrusiya Uşaq Mərkəzində Gənc Yol Hərəkəti İnspektorlarının Dövlətlərarası Toplantısı keçirilir11-24 oktyabr tarixində Anapa şəhərində "Smena" Ümumrusiya Uşaq Mərkəzində 5 MDB ölkəsinin (Aazərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan) nümayəndə heyyətinin və Rusiyanın regionlarından olan 27 komandanın iştirakı ilə Gənc Yol Hərəkəti İnspektorlarının Dövlətlərarası Toplantısı keçirilir. Azərbaycanı burada Xətai Xətai rayonu 245 nömrəli məktəbinin Azərbaycan Yol Polisinin Gənc Köməkçiləri komandası təmsil edir. Komandaya rəhbərlik edir: Məlahət Ağayeva

245 №li tam orta məktəbin komandası məhəllələrarası mini-futbol idman növü üzrə Bakı şəhər turnirinin qalibi olmuşdur18 oktyabr 2016-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 200 №li tam orta məktəbin futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol idman növü üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda rayonumuzu təmsil edən 245 №li tam orta məktəbin komandası turnirin qalibi olmuşdur. Turnirin bağlanış mərasimində qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom,medal və kuboklarla mükafatlandırılmışlar.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Həmid Həşimzadə Ramin

Sahib Əliyev Mehti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi