HAQQIMIZDA

  

1968-ci ilin sentyabrında 245 nömrəli tam orta məktəb öz qapılarını Əhmədli qəsəbəsinin gənc sakinlərinin üzünə açdı. 1990-cı ilə qədər məktəbdə dərslər yalnız rus dilində keçirilirdi, amma 1990-cı ilin sentyabrından azərbaycan bölməsi də fəaliyyət göstərməyə başladı. Hal-hazırda məktəbdə təhsil iki dildə: həm azərbaycan, həm də rus dilində aparılır. İldən ilə məktəbin şagird kontingenti artırdı. 1994-cü ildə ibtidai siniflər üçün əlavə bina tikildi. Məktəb bir çox pilot layihənin iştirakçısıdır. Bunlardan “Elektron məktəb” və “Rus dilinin ikinci xarici dil kimi intensiv təhsili”, “Rəqəmsal bacarıqlar”, “STEAM”, layihələrini qeyd etmək olar. 2008-ci ildə məktəb ilk dəfə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin “Yol polisinin gənc köməkçiləri” komandası 2009-2010-c illərdə beynəlxalq yol təhlükəsizliyi müsabiqəsində iştirak etmiş və 2 dəfə fəxri yerlərdən (1,3) birini qazanmışdır. Məktəbin komandası 2016 və 2017-ci illərdə Rusiya Federasiyasının Anapa şəhərində MDB dövlətləri komandaları arasında keçirilən “Gənc yol hərəkəti inspektorları"nın toplantısında iştirak edərək  toplantı qalibi adını qazanmışdır.

 2014 cü ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin infrastrukturu yenilənib, həyəti abadlaşdırılmışdır. Hər bir sinif otağı kompüter və proyektorla təchiz olunub, yüksəksürətli internet xətti çəkilib. 2016-cı ilin sentyabrında məktəbin daha bir korpusu şagirdlərin istifadəsinə verilib. Qürürverici hissdir ki, korpusun açılışında ölkəmizin Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. Yeni korpusda 20 sinif otağı, fizika, kimya, biologiya, informatika kabinetləri vardır. Məktəbin VIII-XI sinif şagirdləri bu korpusda təhsil alır. Yeni korpusun istifadəsi ilə məktəbin VI-XI sinif şagirdləri birnövbəli dərs rejiminə keçdilər.

Bu gün məktəbin 93 sinfində 3273 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 173 müəllim məşğul olur. Müəllimlərin arasında "İlin müəllimi" və "Əməkdar müəllim" adlarını daşıyan müəllimlər də vardır. Hər il məktəbin pedaqoji kollektivi yenilənir. Təqaüdə gedən müəllimlər yerlərini gənc müəllimlərə verir. 2015-ci ildə məktəbin iki şagirdi Fizika “Tibb” istiqamətləri üzrə “Sabahın alimləri” müsabiqəsini qalibi olmuş və III yeri tutmuşlar. 2016 -cı ildə məktəbin şagirdi Səmədov Aydın "Sabahın alimləri" müsabiqəsində Fizika istiqaməti üzrə III yerin qalibi olmuşdur.

2015-ci ilin nəticələrinə görə məktəb "İlin ən yaxşı ümumtəhsil müəssisəsi" adını yenidən qazanmışdır. 

2015-2016-cı dərs ilindən məktəbdə təmayül siniflər fəaliyyət göstərir.  2016-2017-ci dərs ilində məktəbin iki şagirdi: XI sinif şagirdi Əliyev Aqşin Fizika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri və VIII sinif şagirdi Tolstoşeyev Roman isə İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsində II yeri qazanmışlar. 2016-2017-ci ilin nəticələrinə görə məktəbin məzunu Əliyev Aqşin Orxan oğlu təhsildə göstərdiyi nəticələrinə görə, Fizika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri qazandığına görə xüsusi formalı attestat və qızıl medal almışdır.

             2021-2022 ci tədris ilində 10-cu sinif şagirdi Sahib Əliyev İnformatika fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində 3-cü yerin qalibi olub. 2021-2022 ci tədris ilində "Sabahın alimləri XI Respublika müsabiqəsi"ndə 9-cu sinif şagirdi Xalid İsazadə  “Komputer elmləri” nominasiyası üzrə 3-cü yerə layiq görülərək diplom və bürünc medalla təltif olunmuşdur. 2021-2022 ci tədris ilində “eTwinning” layihəsi çərçivəsində Mənim Böyük ideyam (My Big İdea) müsabiqəsində 9-cu sinif şagirdləri Rəvan Həşimli, Əli Əhmədov ikinci yerin qalibi olmuşlar. 2021-2022 ci tədris ilində SASMO Beynəlxalq  Olimpadasında 2 –ci sinif şagirdi Mirzəzadə Əbülfəz gümüş medala layiq görülüb. 2021-2022 ci tədris ilində AMO-Beynəlxalq  riyaziyyat olimpiadasında 5- ci sinif şagirdi Niftəliyeva Mələk 2-ci yerə və "Teeneagle Online English Language" müsabiqəsində qızıl medala layiq görülüb. 2022 ci tədris ilində Məktəbin rus dili və ədəbiyyat müəllimi Agayeva Məlahət İmran qızı "Əməkdar müəllim" adına layiq görülüb. 2022 ci tədris ilində 9-cu sinif şagirdi Elman Hüseynov Trabzon uluslararası güləş turnirində 1- ci yerə layiq görülüb. 2022 ci tədris ilində 3-cü sinif şagirdi Səidə Əliyeva İnternational Montenegro Beauty Cup 2022 yarışmasında 1yerin qalibi olub. 2022 ci tədris ilində 6-cı sinif şagirdi Hüseyn Məmmədli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Könlüm keçir Qarabağdan” adlı respublika  incəsənət festival-müsabiqəsində vokal ifaçılığı nominasiyası üzrə 3- yerin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi