Şagirdlərimizin yeni nailiyyətləriBu gün biz sizə V Ç sinif şagirdi Məmmədova İrmanı təqdim etmək istəyirik. İrma yüksək akademik göstəriciləri, çalışqanlığı, nümunəvi davranışı və elmə olan marağı ilə seçilir. Beynəlxalq Olimpiada Mərkəzi tərəfindən təşkil olunan JEO (Junior English Olympiad) ingilis dili olimpiadasında gümüş medal əldə etmişdir və Avstraliyanın Sidney şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanmışdır. Beynəlxalq Olimpiada Mərkəzi tərəfindən təşkil olunan FISO Science (Future Intelligence Student Olympiad) olimpiadasında fəxri fərman nailiyyəti əldə etmişdir. O, məktəbimizin bir çox şagirdləri kimi, bilik zirvələrini fəth etməyə can atır. İrma mütəmadi olaraq müxtəlif olimpiadalarda iştirak edir, ingilis dilindən, təbiət fənləri üzrə sertifikatlar, mükafatlar və medallar qazanır. Biz onunla qurur duyuruq, uğurları davamlı olsun.
Şagirdlərimizin yeni nailiyyətləriBu gün biz sizə V Ç sinif şagirdi Kazımlı Fatehi təqdim etmək istəyirik. Fateh şahmat üzrə keçirilən növbəti yarışda iştirak etmş və gümüş medala təltif olunmuşdu.Ona uğurlar arzulayırıq və fəxr edirik ki, belə bir şagirdimiz var.
Növbəti uğurumuzFəxr edirik!
Məktəbimizin istedadlı şagirdi Ələkbərli Süleyman, Robotex International yarışmasının Azərbaycan mərhələsində 2000 iştirakçı arasında 3-cü yerə layiq görülüb! Bu möhtəşəm nəticə ilə Süleyman, 2–4 may tarixlərində Antalyada keçiriləcək dünya yarımfinalında ölkəmizi təmsil edəcək!
Əziz Süleyman, uğurların bol olsun! Səninlə qürur duyuruq!