HAQQIMIZDA

242 nömrəli məktəb 1968 - ci ildə istifadəyə verilmişdir. Məktəb 2012 - ci ildə əsaslı təmir olunmuş lazımi avadanlıqlar təchiz edilmişdir. Məktəbdə 1042 şagird təhsil alır. Azərbaycan bölməsi 509 şagird, Rus bölməsi 533 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 87 müəllim məşğul olur. Məktəbdə avadanlıqlarla təmin olunmuş idman zalı vardır və məktəb rayon miqyasında keçirilən bir sıra idman yarışlarına ev sahibliyi etmişdir. Məktəbdə müasir avadanlıqlarla təmin olunmuş 3 laboratoriya, innovasiya mərkəzi, metodiki mərkəz də var. Məktəbdə "Preomethean" lövhələri və "Mimio " qurğuları ilə təchiz olunmuş fənn kabinetləri də mövcuddur ki, burada müəllimlər açıq dərslər təşkil edirlər. 2012 -2013 - cü tədris ilində 1 şagird riyaziyyat fənni üzrə fənn olimpiadasının Respublika turunda III yerə layiq görülmüşdür. TQDK-nın nəticələrinə görə 2013-2014 - cü tədris ilində məktəbi bitirən 44 nəfər məzundan 32 nəfəri ali məktəbə qəbul olunmuşdur. Məktəb idman sahəsində də bir çox uğurlar qazanmışdır. Belə ki, bu il şagirdlərdən 1 nəfər Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində iştirak edərək I yerə layiq görülmüşdür. 1 şagird isə 12 yaşlılar arasında şahmat üzrə Bakı çempionu olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi