Kiçik Akademiya

Ətraf mühitin mühafizəsiMəktəbdə təsis edilmiş “Kiçik Akademiyan”nın 13.06.2019-cu il tarixində növbəti iclası keçirildi. İclasda “Ətraf mühitin mühafizəsi” mövzusu ətrafında aparılan araşdırmalar dinlənildi. Akademiyanın elmi işçiləri ətraf mühitin çirklənməsinin ən başlıca səbəblərini araşdırmış və bu araşdırmalarını çıxışları zamanı qeyd etdilər. Çıxışlardan belə qənaətə gəlindi ki, sənayenin, müharibənin, ovçuluğun, nəqliyyatın, el adət-ənənələrinin - bir sözlə, hər şeyin ətraf mühitə təsiri vardır.

Ətraflı

Fətəli Xan Xoyski27.05.2019-cu il tarixində məktəbdə təsis edilmiş “Kiçik Akademiyan”nın növbəti iclası keçirildi. Akademiyanın elmi işçiləri təkcə türkdilli xalqlar arasında deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etməkdə bitərəf mövqe tutan Fətəli Xan Xoyski haqqında ətraflı araşdırma aparmışdılar. Hər bir elmi işçinin apardığı araşdırma dinlənildi. Aparılan araşdırmalarda Fətəli Xan Xoyskinin həyatı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə gördüyü işlər, müstəsna xidmətləri barədə məlumatlat qeyd edilmişdir.

Ətraflı

Elm sərkərdədir, təcrübə isə onun əsgəridirŞagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» nın icrası ilə əlaqədar olaraq təhsil müəssisələrində “Kiçik Akademiya”lar yaradılır. “Kiçik Akademiya”lar da şagirdləri ilkin elmi axtarışlara qoşmaq, öz fikir və düşüncələrini ifadə etmək üçün bir vasitəyə çevrilir. Məktəbin nəzdində yaradılan “Kiçik Akademiya” “Elm sərkərdədir, təcrübə isə onun əsgəri” devizi altında fəalliyətə başladı. “Kiçik Akademiya”nın tərkibində humanitar və təbiət elmi istiqamətləri üzrə bölmələr yaradıldı. Humanitar elmlər bölməsi rəhbəri Elnarə Nuriyeva, təbiət elmlər bölməsi rəhbəri Mehriban Vəliyeva, Prezident Nemət Məmmədli, I Vitse Prezident Fatma İsmayılova, II Vitse Prezident Nigar Abdullazadə və elmi işçilər müəyyən olundu.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aygül Nadirli Vadər

Zeynəb Nəsibova Zahir

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aygül Nadirli Vadər

Zeynəb Nəsibova Zahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi