Elm sərkərdədir, təcrübə isə onun əsgəridir

Şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» nın icrası ilə əlaqədar olaraq təhsil müəssisələrində “Kiçik Akademiya”lar yaradılır. “Kiçik Akademiya”lar da şagirdləri ilkin elmi axtarışlara qoşmaq, öz fikir və düşüncələrini ifadə etmək üçün bir vasitəyə çevrilir. Məktəbin nəzdində yaradılan “Kiçik Akademiya” “Elm sərkərdədir, təcrübə isə onun əsgəri” devizi altında fəalliyətə başladı. “Kiçik Akademiya”nın tərkibində humanitar və təbiət elmi istiqamətləri üzrə bölmələr yaradıldı. Humanitar elmlər bölməsi rəhbəri Elnarə Nuriyeva, təbiət elmlər bölməsi rəhbəri Mehriban Vəliyeva, Prezident Nemət Məmmədli, I Vitse Prezident Fatma İsmayılova, II Vitse Prezident Nigar Abdullazadə və elmi işçilər müəyyən olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi