1ci yerin qalibiBakı Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə “ Konstitusiya və Suverenlik İli ” çərçivəsində “ Vətənim Azərbaycan! ” mövzusunda məktəblilər arasında rəsm müsabiqəsi keçirildi.
07.05.2025-ci il tarixində keçirilən müsabiqədə İradə İmanovanın rəhbərlik etdiyi “ Şən politra” dərnəyinin üzvləri 9A sinif şagirdi Aylin Vəliyeva , 7C sinif şagirdi Nigar Əhmədova müsabiqədə iştirak etdilər. Aylin Vəliyeva müsabiqədə 1ci yerə layiq görüldü.Uğurları bol olsun!
Növbəti uğurumuz3 Ç sinif şagirdi Bayramov Murad Şahmat üzrə təsnifat turnirinde 1-ci yerə çıxdı..
Uşaqların yeni nailiyyətləriBu gün biz sizə 5ç sinif şagirdi Əliyeva Elinanı təqdim etmək istəyirik. Elina yüksək akademik göstəriciləri, çalışqanlığı, nümunəvi davranışı və elmə olan marağı ilə seçilir. O, məktəbimizin bir çox şagirdləri kimi, bilik zirvələrini fəth etməyə can atır. Elina mütəmadi olaraq müxtəlif onlayn olimpiadalarda iştirak edir, riyaziyyat, məntiq, təbiət və digər fənlər üzrə sertifikatlar, mükafatlar və medallar qazanır. Biz ona böyük uğurlar arzulayırıq və fəxr edirik ki, belə bir şagirdimiz var!