“Bədii qiraət” dərnəyi öz fəaliyyətini bu tədris ilində də davam etdirir

Məktəbimizdə təşkil olunan “Bədii qiraət” dərnəyi öz fəaliyyətini bu tədris ilində də davam etdirir. Dərnəyin rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Babazadə Gülüstandır. Dərnəyin üzvləri isə məktəbin ictimai işlərində xüsusi ilə seçilən fəal şagirdləridir.
Dərnək məşğələlərində şagirdlərə oxu texnikasının sirləri öyrədilir, səhnə mədəniyyəti formalaşdırılır. Məqsəd şagirdlərin mütaliyəyə marağını artırmaq, dünyagörüşünü inkişaf etdirmək, vətənə sevgi ruhunda tərbiyə etməkdir.