Məktəbimizdə Bilik günü tədbiri

   15 sentyabr – Bilik günü münasibətilə məktəbimizdə tədbir təşkil olundu. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak edərək yeni tədris ilinin başlanmasını böyük sevinclə qarşıladılar. Dövlət himni səsləndirildikdən sonra Bakı şəhər Təhsil İdarəsinin baş məsləhətçisi, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Hətəmov çıxış edərək bütün kollektivi təbrik etdi. O, xüsusilə ilk dəfə məktəbə qədəm qoyan 1-ci sinif şagirdlərini səmimi sözlərlə salamladı və onlara uğurlar arzuladı. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Tədbir məktəblilərin böyük coşqusu ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi