Xocalı soyqırımından 33 il ötür

   26 fevral ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Bu səbəbdən məktəbimizdə tədbirlər planına əsasən faciə qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Tədbirlə əlaqədar divar qəzetləri buraxıldı, stend və güşələr yaradıldı. Eyni zamanda, şagirdlər arasında inşa və rəsm müsabiqələri keçirildi, soyqırımı əks etdirən şeirlər söyləndi, hərbi–vətənpərvərlik mövzusunda musiqilər səsləndirildi.

  Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi