Xocalı-qan yaddaşımız

Bu gün məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər Lektoriyası"ında Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Xocalı- qan yaddaşımız" adlı tədbir keçirildi. Məktəb rəhbərliyi, ədəbiyyat müəllimləri və şagirdlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Nisə Fərəcova açaraq iştirakçılara bu günün önəmli tarixindən bəhs etdi. Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.