Direktoryanı müşavirə keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti direktoryanı müşavirə keçirildi. Müşavirədə tədris prosesinin inkişafı, məktəbin ümumi fəaliyyəti və şagirdlərin təhsil nailiyyətlərinin artırılması, məktəb daxilində nizam-intizamın təşkili, şagirdlər arasında davranış problemləri, intizamın artırılması və məktəbdə ümumi əxlaqi, sosial mühitin yaxşılaşdırılması yolları, şagirdlərə psixoloji dəstək, valideynlərlə əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olundu.