14 fevral-Beynəlxalq kitab bağışlama günüdür!

Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.
Hər il olduğu kimi bu il də məktəb kitabxana müdiri Kİfayət Cəfərova və kitabxanaçı Aygün Orucovanın təşəbbüsü ilə məktəbin 4c sinfində "Gəlin birgə düşünək!" adlı əyləncəli viktorina keçirildi. Şagirdlər onlara verilən viktorina suallarını tez bir zamanda cavablandırmağa çalışdılar. Viktorinada məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Şəhriyar Nəsirov və UBTR Elnurə Məhərrəmova da iştirak etdi. Sonda qaliblərə kitab hədiyyələr edildi.