20 Yanvar-Qəhrəmanlıq və qürur günüdür

Bu gün məktəbin "Heydər Əliyev və Tarixi Həqiqətlər Lektoriyası"da 20 yanvar-Ümumxalq hüzn gününə həsr olunmuş "20 Yanvar-Qəhrəmanlıq və qürur günüdür!" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi, tarix və ədəbiyyat müəllimləri, şagirdlər iştirak etdilər. Tədbirdə çıxış edənlər bu günün qəhrəmanlıq və qürur günü olduğunu diqqətə çatdırdılar.Sonda şagirdlərin ifasında şeirlər səsləndirildi.