Şagird Nailiyyəti
Məktəbin 4 a sinif şagirdi Kenquri riyaziyyat müsabiqəsinin qızıl medalçısı Tamerlan Niftəliyev çətinlik dərəcəsi IV- V sinif şagirdləri üçün nəzərdə tutulmuş riyaziyyat test toplusu kitab yazıb. Məktəbimizin 4 a sinfində sinif rəhbəri Kərimova Sədiqənin rəhbərliyi ilə onun kitabının təqdimatı keçirildi.Təqdimat mərasimində məktəb rəhbərliyi,Tamerlanın ailə üzvləri şagirdlər iştirak etdi. Müəllif kitab haqqında məlumat verdi və ona bu yolda dəstək olan müəlliminə, valideynlərinə, məktəb rəhbərliyinə təşəkkür etdi. Daha sonra şagirdlər kitabda yer almış tapşırıqlardan bir neçəsini həll etdilər.