Zəfər günün mübarək Azərbaycan!
8 noyabr Zəfər günü və 9 noyabr Bayraq günü münasibətilə məktəbdə "Zəfər günün mübarək Azərbaycan!" adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, Vətən müharibəsi qaziləri, veteranlar, müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər. Tarix müəllimi Firuzə Həsənli Vətən müharibəsinin şanlı tarixindən bəhs edən təqdimatla çıxış etdi. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.