Şəhid Vüsal Ariz oğlu Həsənovun doğum günüdür.

Bu gün məktəbin şəhid məzunu Həsənov Vüsal Ariz oğlunun doğum günüdür.

Həsənov Vüsal Ariz oğlu 1997-ci il iyulun 3-də Bakı şəhərində anadan olub.4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyümüşdü Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olub. 2016-cı ilə qədər burada təhsil alıb

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Vüsal Həsənov 21 sentyabr tarixində təlim toplantılarına çağırılıb.

Ürəyi Vətən sevgisi ilə döyünən, hərbi xidmətindən sonra yenidən hərbiyə qayıtmaq və Vətəninə xidmət etmək arzusu ilə alışıb-yanan Vüsal Vətən torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinin ilk günlərdən ön cəbhədə savaşıb, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərib. Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Vüsal Həsənov 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına ilə, Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi