Kiçik Akademiya-Uşaqlar bizim gələcəyimiz, təhsil isə gələcəyimizin təminatıdır!
Noyabr ayının 29-da Səbail rayonu 7 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya-Uşaqlar bizim gələcəyimiz, təhsil isə gələcəyimizin təminatıdır!" adlı konfrans keçirilmişdir. Konfransda məktəbin direktoru Nisə Fərəcova, müəllimlər Məleykə Kərimova, Cəmilə Əzizova və 10-cu sinif şagirdi Qədiməlili Fatimə iştirak etmişlər. Şagirdimiz Qədiməlili Fatimə "Azərbaycan ölkəmizdə yaşayan bütün azsaylı xalqların Vətənidir!" mövzusunda təqdimatla çıxış etmişdir. Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.