Qaydalara biganəlik-həyatımıza təhlükədir!

Noyabr ayının 29-da "Fövqəladə hallar" aylığı çərçivəsində məktəbdə "Qaydalara biganəlik-həyatımıza təhlükədir!" mövzusunda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş təşkil olunmuşdur. Hərbi Rəhbər Nizaməddin Məsmalıyevin rəhbərliyi ilə keçirilən toplantıda UBR Elnurə Məhərrəmova, Təşkilati işlər üzrə direktor müavini Şəhriyar Nəsirov, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Aygün Orucova və müəllimlər iştirak etmişlər. Şagirdlərə təlimat xarakterli videoçarxlar nümayiş olunmuş, şagirdlərlə maraqlı diskusiya təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi