Oxucu sorğuları keçirildi
Oktyabr ayının 3-də məktəb kitabxanaçıları Orucova Aygün və Cəfərova Kifayət tərəfindən oxucu sorğuları hazırlanaraq yuxarı sinif şagirdləri arasında tətbiq edildi. Əsasən VII-IX siniflərdə aparılan oxucu sorğularının məqsədi şagirdlərin mütaliə maraqlarının öyrənilməsi və kitabxanada cari tədris ili ərzində sorğu nəticələrinə uyğun işlərin təşkil olunmasıdır.