15 sentyabr "Bilik günü"dür

Bilik günü- məktəblərdə dərslərin başlandığı gün kimi qeyd olunur. 

2023-2024-cü tədris ili münasibətilə məktəbdə "Bilik günü" qeyd olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açılmış,  direktor vəzifələrini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Solmaz Ismayılova qonaqları və birinciləri "Bilik günü" münasibətilə təbrik etmiş və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anılmışdır. Tədbirdə Səbail rayon Gənclər və Idman sektorunun müdiri Zamin Əhmədov da iştirak etmişdir. Daha sonra məktəb həyatına ilk qədəmlərini qoyan birincilər şerlər söyləmiş, şagirdlərin ifasında rəqs nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin əmrinə uyğun olaraq, ilk dərs məşğələsi "Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və qurucusudur" mövzusuna həsr olunmuşdur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi