"BİLİK GÜNÜ"

T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə "Bilik günü" tədbiri keçirilmişdir. Elm və Təhsil Nazirliyinin əmrinə əsasən tədbir yalnız rəsmi hissədən ibarət olmuşdur. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra meydana Dövlət Bayrağı gətirilmiş, Vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Şəhid ailə üzvlərinə söz verilmişdir. Şagirdlər sinif otaqlarına daxil olmuş və ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunmuşdur. Şəhid ailələri də həmin dərslərdə iştirak etmişlər. Sonda tədbir iştirakçıları "Qarabağ Azərbaycandır!" lektoriyasını ziyarət etmiş və Şəhid məzunlarımızın barelyefi qarşısına qərənfillər düzmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi