Nailiyyətlərimiz

MY İDENTITY, YOUR İDENTITY (Mənim kimliyim, sənin kimliyin)Dünyanın 140 ölkəsi bu layihəyə qoşulur. 30.000 təhsil işçisi və 2 milyon gənc bu layihədə iştirak edir. 30 dildə danışılır. İEAREN-(International Education and Recource Network)- BTVRŞ (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi) Dünyanın ən geniş gəlir gətirməyən qlobal şəbəkəsidir ki, bu müəllimlərə və şagirdlərə internet və digər texnologiyalardan istifadə etməklə biliklərini artırmaqda köməklik göstərir.Hər gün 2 milyondan çox iştirakçı bütün dünyada birgə layihə işi ilə məşğuldurlar. BTVRŞ-Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi İspaniyada Qeyri Hökumət Təşkilatı (QHT) kimi qeydiyyatdan keçib və İspaniyanın Callus şəhərində beynəlxalq ofisi var. 1988-ci ildən bəri BTVRŞ şagirdlərin öz ölkələrindən və dünyanın digər ölkələrində olan şagirdlərə mənalı təhsil layihələri ilə məşğul olmalarını təmin etmək üçün “ONLAYN” məktəb əlaqələrinin əsasını qoymuşdur. Bizim məktəb də artıq 4 cü ildir ki bu layihəyə qoşulur. Layihədə məktəbimizin ingilis dili müəllimi Solmaz Süleymanova və12 şagirdimiz iştirak edir. Bu layihəyə qoşulduğumuz müddətdən şagirdlərimiz artiq başqa dövlətlərin şagirdləri ilə ünsiyyət qurublar. (Türkiyə, İndoneziya,Amerika, Fransa, Marocco, Oman, Bəhreyn,Tayvan, Gürcüstan, İordaniya, Rusiya və). Şagirdlər bu layihələrdə böyük həvəslə çalışırlar. Birinci layihəmiz “My İdentity your İdentity”dir və bu layihədə 5 şagirdimiz iştirak edir. Hər ayın öz mövzusu olur. İkinci layihə isə “My name around the World”dür. Bu layihədə də 5 şagirdimiz iştirak edir. Bu layihə şagirdlərdə daha çox maraq oyatdı. Çünki hər bir iştirakçı öz adının mənasını və adında olan hərflərin hər-birinə bir söz yazırlar. Üçüncü layihə isə “One Day in the Life” dir. Bu layihədə 2 şagirdimiz iştirak edir. Bu layihə də çox maraqlıdır, noyabr ayından bu layihə fəaliyyətdədir. Noyabr ayında bu günü biz çox gözəl qeyd etdik, 60 şagirddən ibarət gözəl bir tədbir hazırladıq. Məktəbimizin həyətində 11.11.11. rəqəminə bənzər 60 şagirddən ibarət rəqəm yazdıq. Noyabr 11-ci ay, ayın11-i, 2011-ci il. Bu 11 ləri yazarkən Azərbaycan Bayrağından istifadə etdik. Şagirdlər rənglərə bölündü və şagirdlərimizdən ibarət yerdə 3 rəngli bayrağımızın əksi yaradıldı.

“Qardaş məktəb”Qardaş Türkiyə dövləti ilə Azərbaycan arasında dostluq əlaqələri dərin köklərə malikdir. Ortaq tariximiz və mədəniyyətimiz xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Türkiyə Cumhuriyyətindən məktəb müdiri Müzəffər Sarının Təhsil Nazirliyinə ünvanladığı məktub Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən baxılaraq, N. Həmzəyev adına 238 № li tam orta məktəbə Bilkənt Əmlak Bankı İlköğretim məktəbi ilə qardaşlıq əlaqələri qurulması təklif olunmuşdur. Məktəblərimiz arasında qardaşlıq əlaqələrinin yaranması məqsədi ilə adı çəkilən məktəbin rəhbərliyi ilə internet və telefon əlaqəsi saxlanılmış, bir qrup şagird və müəllimin ölkəmizin təhsili, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olması üçün Azərbaycana gəlişinin məmnuniyyətlə qəbul edildiyi bildirilmişdir. 13-18 iyun tarixlərində qardaş məktəbin bir qrup müəllim və şagirdinin məktəbimizə ziyarəti baş tutmuşdu. Məktəbimizin bir qrup müəllim və şagirdi “Qardaş məktəb” layihəsi çərçivəsində 19-26 aprel 2012-ci il tarixlərində Türkiyə Respubıikasında olmuşlar. Rəsmi qarşılama mərasimi Türkiyə Əmlak Bankı İlkögrətim məktəbində olmuşdur, məktəb Azərbaycanın və Türkiyənin Dövlət bayraqları ilə bəzədilmişdir. Hər iki məktəbin şagirdləri maraqlı nömrələrlə çıxış etdi. Qrup 23 aprel –Milli Suverenlik və Uşaq bayramına qatıldı. 24 apreldə Böyük Millət Məclisində Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan məktəbin nümayəndə heyyəti ilə görüş keçirdi. Baş Nazir Azərbaycanlı uşaqlarla tək-tək görüşdü və xatirə şəkli çəkdirdi. Görüş unudulmaz təsüratlarla yaddaqalan oldu. Hal-hazırda iki məktəb arasında dostluq və qardaşlıq əlaqələrinin geniş şəkildə qurulması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

HAQQIMIZDA

    Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü i...

BİZİM FƏXRLƏRİMİZ

Turanə Hüseynova Yaşar

Səfurə Hümmətova Vətən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi