Qaliblər8ç sinif şagirdi Həsənli Türkan 20-22 Aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə Pirouette Challenge Cup beynəlxalq turnirdə iştirak edib. Həsənli Türkan fərdi və qrup hərəkətlərində çıxış edərək 3-cü yerə layiq görülüb.
Qaliblər8ç sinif şagirdi Elmira Qarayeva 20-22 Aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə Pirouette Challenge Cup beynəlxalq turnirdə iştirak edib. Elmira Qarayeva fərdi çıxışında I yerin qalibi olub və qrup hərəkətlərində çıxış edərək 3-cü yerə layiq görülüb.
Kiçik AkademiyaAzərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş «Kiçik Akademiya» haqqında Əsasnaməni əsas tutaraq 05.12.2015-ci il tarixindən məktəbdə Kiçik Akademiya fəaliyyət göstərməyə başladı.
Bu illər ərzində istedadı və xüsusi bacarığı ilə fərqlənən şagirdlər Kiçik Akademiyaya cəlb olunmuşdur. Bu şagirdlər arasından 36 şagird Kiçik Akademiyanın elmi yaradıcı şurasının tərkibinə və olimpiada komitəsi katibləri və digər vəzifələrə cəlb olunmuşdur. 39 müəllim Kiçik Akademiyanın elmi rəhbərləri və olimpiada komitəsində fəaliyyət göstərməkdədir. 160 elmi iş Elmi şuralarda müzakirə olunaraq Kiçik Akademiyanın konfranslarına təqdim edilmişdir.
Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü i...