Məktəblimiz dünya çempionatında II yerə layiq görülübMəktəbimizin X sinif şagirdi Səbuhi Abbasov qaydasız döyüş idman növü üzrə 15-17 yaşlılar arasında Moskva şəhərində keçirilən dünya çempionatında II yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən,Səbuhii gümüş medal və dilpomla təltif olunub.
“Sabahın alimləri” VII Respublika Müsabiqəsində yeni uğur qazandıqMəktəbimizin IX sinif şagirdi Əliyev Əli “Sabahın alimləri” VII Respublika Müsabiqəsində yeni uğur qazandıq. "Hidrogendən enerjinin alınması" mövzusunda təqdim etdiyi işinə görə Amerika Birləşmiş Ştatları YALE Elm və Enerji Assosasiyasının "Kompyuter elmi, enerji, fizika və kimya sahəsində ən görkəmli sərgi" nominasiyası üzrə diplom və sentyabr ayı təqdim ediləcək xüsusi medala layiq görülmüşdür.
Assosasiyanın prezidenti cənab Con Simon və kordinator Rikardo A. Kosterin imzaladığı sənəd Azərbaycan Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Əliyə təqdim edilib.
Əlini möhtəşəm uğur münasibəti ilə təbrik edir, yaradiciliq uğurlari arzulayiriq!
“Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsinin qalibiAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası “Testene Art”, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçirilib. 350-dək iştirakçının qatıldığı müsabiqədə hər ifaçı yeddi dəqiqə ərzində iki əsər səsləndirib. Kamançada uğurlu ifa nümayiş etdirən 7-ci sinif şagirdimiz Əliyeva Çiçək 9-12 yaş qrupunda III yerə layiq görülmüşdür.
Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü i...