FƏXRİMİZ

Namiq Həmzə oglu Həmzəyev

          Bir   “ŞƏHİD MƏZUN” un həyat yolu...

Namiq Həmzə oğlu Həmzəyev1969-cu ilin dekabr ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Nizami rayonu 238 saylı orta məktəbi bitirmiş, 1988-1990-cı illərdə sovet ordusu sıralarında həqiqi – hərbi xidmətdə olmuşdur.

Namiq Həmzəyev Azərbaycan xalqının çətin günlərində torpağı yağı düşməndən qorumaq üçün Bakı Şəhər Daxili İşlər İdarəsinin post-patrul xidməti alayının 4-cü rotasında xidmətə başlamışdır. Namiq Həmzəyev az bir müddət ərzində kollektivin və rəhbərliyin sevimlisinə çevrilmişdir. Sıravi və kiçik rəis heyətinə mənsub kursu bitirdikdən sonra  kollektivin bir qrup əməkdaşı ilə 1991-ci ilin avqust ayında Goranboy rayonunun Todan kəndinə göndərilmişdir. Dəfələrlə Azərbaycan kəndlərində erməni quldurlarının hücumlarının  dəf  olunmasında iştirak etmişdir. Avqustun ortalarında Namiqin  daxil olduğu qrup Bakıya qayıdır. 1991-cı il sentyabr ayının 5-də Namiq könüllü olaraq başqa dəstə ilə Todan kəndinə yola düşür. Buzluq, Erkəc, Mənəşid kəndlərində yerləşdirilmiş köçkünləri erməni quldurlarının hücumlarından qoruyur, gecə-gündüz onların keşiyində dayanır.

     Lakin  amansiz ölüm gənc Namiqi izləyirmiş. 1991-ci il sentyabrin 14-də Goranboy rayonunun Başkənd kəndi uğrunda gedən döyüşlərdə Namiq qəhrəmanlıqla şəhid oldu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 1992-ci il tarixli qərarı ilə   238№-li tam orta məktəbə ölümündən sonra Namiq Həmzə oglu Həmzəyevin adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.  

    Ənənəyə uyğun olaraq hər tədris ilində Namiqin əziz xatirəsinə onun doğum günü və şəhid olduğu gün  xüsusi tədbirlərlə anılır., Şəhidin büstü önünə daim tər çiçəklər qoyulur. Dəhlizdə isə keçdiyi döyüş yolunu əks etdirən stend asılmışdır.          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi