ULU ÖNDƏRİN 92-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ NİZAMİ RAYON MƏKTƏBLƏRARASI STOLUSTÜ TENNİS YARIŞMASINN QALİBİ OLDUQMəktəbimizin tennis komandası 15 aprel 2015-ci ildə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, YAP və Nizami rayon Gənclər İdman İdarəsi tərəfindən "ULU ÖNDƏRİN 92-Cİ İLDÖNÜMÜ"nə həsr olunmuş stolüstü tennis yarışmasında iştirak edərək III yerə layiq görülmüşlər.
ŞAHMATÇIMIZ GƏNCLƏR ARASI DÜNYA ÇEMPİONATINDAMəktəbimizin 8ç sinif şagirdi şahmatçı Əsədli Vüqar 5 - 12 apreldə BƏƏ-in Əl-Əin şəhərində Rotana Hili-Rayhaanda keçirilən "I Əl-Əin Beynəlxalq Gənclik Çempionatı"nda II yerə layiq görülərək gümüş medalla təltif olunmuşdur.
RUS DİLİNİN İNTENSİV TƏDRİSIAzərbaycan Respublikası Təhsil Nazirliyinin 20.11.2009-cu il tarixli 1295№-li əmri ilə məktəbimizdə Rus dilinin intensiv tədrisi üzrə layihənin tətbiqinə başlanılmışdır. Məktəbdə 10 nəfər ali təhsilli rus dili müəllimi çalışır. Tədris 1-9-cu siniflər üzrə aparılır. Tədris prosesində İKT-nin köməyilə müasir təlim texnologiyaları tətbiq olunur, yeni təlim üsullarından istifadə edilir.
Məktəbimizin şagirdləri Azərbaycandakı Rusiya Federasiyasının Səfirliyi, “Rusiya Mədəniyyət Mərkəzi” tərəfindən 2013/2014-cü illərdə təşkil olunmuş müsabiqə və yarışlarda qazandıqları uğurlara görə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilmişlər. Məktəbin şagirdi Nəzrin Məmmədli Fəxri Fərmana layiq görülmüşdür. Məktəbin Rus dili müəllimi Dilbər Məmmədova 2014-cü il avqust ayında Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Sankt-Peterburqda ixtisasartırma kurslarında iştirak etmişdir. 2014-ci ildə səfirlik tərəfindən keçirilən “İlin ən yaxşı rus dili müəllimi” müsabiqəsinin qalibi olmuş və xarici ölkələr arasında keçirilən forumun sertifikatına layiq görülmüşdür. Rus dili müəllimləri Dilbər Məmmədova və Adilə Nənəcanova Federal Məqsədli “Rus dilinin tədrisinin xüsusiyyətləri”,“Rus dili 2011-2015” Proqramının sertifikatını almışlar.
Məktəbdə hər il rus dilinin tədrisi ilə bağlı müxtəlif tədbirlər keçirilir. “Rusiya Mədəniyyət Mərkəzi”nin rəhbərliyi dəfələrlə müəllimlər tərəfindən keçirilən nümunəvi dərslərdə və tədbirlərdə iştirak etmişlər.
21noyabr 2014-cü ildə Rusiyanın Çeboksar şəhəri ilə telekörpü təşkil edilmiş və 3ç sinfində DilbərMəmmədovanın master dərsi dinlənilmişdir.
RMM-də 2014/2015 tədris ilində Lənkəran, Xaçmaz, Gəncə şəhərlərinin rus dili müəllimləri ilə Bakı şəhər məktəblərinin rus dili müəllimləri ilə təşkil olunan telekörpülərdə məktəbin rus dili müəllimi Məmmədova D. iştirak etmiş və təcrübəsi yayılmışdır. Bütün bunlarla bərabər Rusiya Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə və seminarlarda məktəbimizin müəllim və şagirdləri mütəmadi olaraq iştirak edirlər.
26 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Rusiya Federasiyasının Səfirliyində Azərbaycan məktəblərindən rus dili müəllimləri, eyni zamanda məktəbimizin müəllimi Məmmədova Dilbər də səfirlə görüşə dəvət edilmişdir.
Məktəbin rus dili müəllimi D.Məmmədova Təhsil Problemlər İnstitunda yaranmış “Rus dili fənn şurasının” üzvüdür. Məmmədova Dilbərin institutda nəşr olunan “Təhsil problemləri” qəzetində, “Kurikulum” jurnalında, BSU “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalında, “Ziyalı ocağı” jurnalında məqalələri nəşr olunmuşdur.
Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü i...