Payız imtahanı keçirilib

Sentyabr ayının 1-də Pedaqoji Şuranın qərarına əsasən yay tapşırığı almış şagirdlərin tədris proqramında nəzərdə tutulan minimum bilik səviyyəsinə çatmasına dəstək olmaq məqsədilə payız imtahanı keçirilib. İmtahan zamanı şagirdlərin bilik səviyyəsi, yay ərzində yerinə yetirdikləri tapşırıqların keyfiyyəti və mövzu üzrə hazırlıqları məktəbin direktoru Zümrüd Abbasova və xüsusi yaradılmış komissiya tərəfindən yoxlanılıb. Komissiya üzvləri qiymətləndirmə zamanı obyektiv meyarlara əsaslanaraq hər bir şagirdin bilik və bacarıqlarını dəyərləndirib.
İmtahan nəticələri əsasında müvafiq qərarlar qəbul olunacaq.