2024/2025 tədris ili üzrə Pedaqoji şuranın yekun iclası keçirilib

    İyun ayının 18-də məktəbin akt zalında 2024/2025 tədris ili üzrə Pedaqoji şuranın yekun iclası keçirilib. Pedaqoji şuranı məktəbin direktoru Zümrüd Abbasova öz çıxış sözü ilə açıq elan edib. O, bu tədris ilində şagirdlərimizin uğurları haqqında məlumat verib, bu işdə əməyi keçən hər bir müəllimə öz təşəkkürünü bildirib. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Əliyev II-XI siniflərin təlim nəticələri üzrə, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan şagirdlərin təlim göstəricilərinin hesabatlarını verib. Məktəbin təşkilatçısı Bahar Əkbərova “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlər, layihələr, məktəbdə keçirilən tədbirlər, seminarlar, “Dəyirmi masa”lar, şagirdlərimizin rəsm müsabiqələrində əldə etdikləri uğurlar haqqında öz hesabatını təqdim edib.

    İclasın sonunda il ərzində tədbirlərdə, layihələrdə, məktəbin ictimai işlərində fəal iştirak edən bir sıra müəllimlər Təşəkkürnamə ilə təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi