Son Zəng

     İyun ayının 14-də məzun günü münasibəti ilə Son zəng tədbir keçirilib. Tədbirdə Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Xəzər rayon Gənclər və İdman İradəsinin nümayəndəsi, şəhid anaları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edib.

      XI-lər “Son zəng” mahnısının sədaları altında səhnəyə daxil olublar.  Tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Zümrüd Abbasovaya verilib. O, gələn qonaqları salamlayıb və məzunları təbrik edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. XI-lərin milli ruhda maraqlı çıxışları hamını valeh edib. Tədbirin sonunda buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər məktəbin direktoru tərəfindən Fəxri Fərmanla mükafatlandırılıblar.

         Sonra gələn qonaqlar, müəllimlər və valideynlər çıxış edərək məzunları təbrik edib, daim zirvələr fəth etməyi arzulayıblar.

              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi