Təbliğat-təşviqat işinin aparılması ilə bağlı maarifləndirici görüş keçirilib

    Aprel ayının 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları tərəfindən təbliğat-təşviqat işinin aparılması ilə bağlı X və XI sinif şagirdləri ilə maairfləndirici görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi Universitetdə tədris olunan ixtisaslar və prespektivlər haqqında məlumat verməkdən ibarət olub.

    Görüşdə məktəbin direktoru Zümrüd Abbasova və təşkilatçı Bahar Əkbərova da iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abutiriyentlərlə İş Mərkəzinin  müdiri, AzMİU-nun müəllimi Bayramova Aynurə, Mərkəzin əməkdaşı Mürsəli Səidə, Mərkəzin əməkdaşı və “Materialşünaslıq” kafedrasının müəllimi İsmayılzadə Cəmalə, AzMİU-nun “Materialşünaslıq” kafedrasının müəllimi Ağazadə Mahirə şagirdlərə təhsil müəssisəsinin müxtəlif korpuslarında tədris olunan ixtisaslar, ikili diplom,  qəbul şərtləri və keçirilən dərslər barədə məlumat verib.

        Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb. Universitetin əməkdaşları may ayının 3-də keçiriləcək "Açıq qapı" gününə şagirdləri dəvət edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi