Bakı Zooloji Parkında dərs-ekskursiya keçirilib

     İyun ayının 5-də Bakı Zooloji Parkında məktəbin biologiya müəllimi Abbasova Asudə tərəfindən VII “C” sinif şagirdləri ilə “Məməlilərin ekoloji qrupları” mövzusunda dərs-ekskursiya keçirilib.  Dərsin keçirilməsinin əsas məqsədi şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarət olub.

     Dərsdə 1.1.2 standartı reallaşdırılıb. İlk olaraq müəllim şagirdlərə mövzu ilə bağlı məlumat verib. Sonra məktəblilər Zooloji Parkı ekskursiya edib. Ekskursiya zamanı şagirdlərə tədqiqat sualı verilib. Onlar məməliləri yaşayış mühitinə və keçirdikləri həyat tərzinə görə qruplaşdırıblar. Dərs-ekskursiyanın sonunda şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən təqdimat hazırlamaları tapşırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi