“Böyük qayıdış ili”nə həsr olunmuş hərbi-idman yarışı keçirilib

    İyun ayının 5-də məktəbin GHÇQ rəhbəri Əyyub Cabarov tərəfindən X sinif şagirdləri arasında “Böyük qayıdış ili”nə həsr olunmuş hərbi-idman yarışı keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, şagirdlərin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarət olub.

    Yarış Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. GHÇQ rəhbəri yarışın şərtləri ilə iştirakçıları tanış edib. Sonra komandalar  sıra hazırlığı, atəş hazırlığı, bədən tərbiyəsi və ilk tibbi yardımın göstərilməsini nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən I yerə X “C” sinfi, II yerə X “B” sinfi və III yerə X “A” sinfinin komandaları layiq görülüb. Yarışı izləyən məktəbin direktoru Abbasova Zümrüd belə yarışların təşkili gənclərin hərbi-vətənpərvərlik ruhda tərbiyələndirilməsində, onların zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzi keçirmələrində mühüm rol oynadığını söyləyib. Sonda komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi