23 Aprel - Ümumdünya İngilis Dili Günüdür

            Aprel ayının 23-də “İngilis dili aylığı” çərçivəsində və 23 Aprel - Ümumdünya İngilis Dili Günü ilə əlaqədar məktəbin ingilis dili müəllimi Əliyeva Kəmalə tərəfindən IX “A” və X “A” sinif şagirlərinin iştirakı ilə “Shakespeare׳s life and heritage” adlı tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi çoxdillilik ənənələrini möhkəmləndirmək, böyük  ingilis  şairi,  yazıçısı və dramaturqu  Vilyam  Şekspirin  irsini öyrənməkdən ibarət olub.

          Tədbiri giriş sözü ilə açan Kəmalə müəllim söyləyib ki, 23 Aprel - Ümumdünya İngilis Dili Gününün qeyd  edilməsi  böyük  ingilis  şairi, yazıçısı, dünyanın  ən  məşhur dramaturqu  Vilyam  Şekspirin  anadan  olduğu  günlə  bağlıdır.

           Sonra şagirdlər şairin yaradıcılığından danışıb, sonetlərindən parçalar söyləyiblər. Sonda məktəblilər “Romeo və Cülyetta” pyesini pantomima janrında səhnələşdiriblər.

          Tədbirdə işitrak edən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əkbərova Bahar çıxış edərək, şagirdlərə gözəl çıxışlarına görə öz təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi