Xüsusi dərs keçirilib

    Aprel ayının 22- də  “Yaşıl dünya naminə həmrəylik ili”, “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində və 22 Aprel-Beynəlxalq Yer Günü ilə əlaqədar məktəbin coğrafiya müəllimi Məlikova Aytəkin tərəfindən IX “A” sinif şagirdləri ilə xüsusi dərs keçirilib. Dərsdə məktəbin direktoru Abbasova Zümrüd və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əkbərova Bahar da iştirak edib. Xüsusi dərsin keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunmasına kömək etmək, şagirdlərin diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək, onlara təbiəti, canlıları sevdirməkdən ibarət olub.

    Əvvəlcə müəllim bu günün təsis olunması, onun məqsədi haqqında ətraflı məlumat verib. Sonra X sinif şagirdi P. Xədicə asfalt üzərində  “Yaşıl Planet” adlı rəsm əsərini çəkib. Məktəblilər rəsm ətrafında toplaşaraq “Yaşıl dünya naminə həmrəy olaq!” şüarını səsləndiriblər.

     Dərsin sonunda şagirdlər KA-nın təşəbbüsü ilə məktəbin həyətyanı sahəsində salınan “Zəfər bağı”nda ağacların dibini yumşaldıb, onları suvarıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi