“Gələcəyimiz üçün ağac əkək!” adlı aksiya keçirilib

Aprel ayının 22- də  “Yaşıl dünya naminə həmrəylik ili”, “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində və 22 Aprel-Beynəlxalq Yer Günü ilə əlaqədar İ. Muradov adına 237 nömrəli tam orta məktəbdə “Gələcəyimiz üçün ağac əkək!” adlı aksiya keçirilib. Aksiyada məktəbin direktoru Abbasova Zümrüd və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əkbərova Bahar da iştirak edib.

Əvvəlcə məktəbin coğrafiya müəllimi Səmayə Vəliyevanın rəhbərliyi altında VIII “C” sinif şagirdləri məktəbin həyətyanı sahəsində abadlıq işləri aparıb, yeni əkiləcək ağaclar üçün torpağı hazırlayıblar.  Sonra II “A” sinif (ibtidai sinif müəllimi Əlizadə Sevinc) şagirdləri hazırlanmış yerlərdə “Gələcəyimiz üçün ağac əkək!” şüarı altında şam ağacları əkiblər.

Qed edək ki, aksiyanın keçirilməsinin əsas məqsədi  ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək, onlara təbiəti, canlıları sevdirməkdən ibarət olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi