22 Aprel- Beynəlxalq Yer Günüdür

    Aprel ayının 22- də məktəbin II “A” sinfində (ibtidai sinif müəllimi Əlizadə Sevinc)  “Yaşıl dünya naminə həmrəylik ili”, “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində və 22 aprel-Beynəlxalq Yer Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək, onlara təbiəti, canlıları sevdirmək, balaca fidanların qəlbində xeyirxahlıq hissləri oyatmaqdan ibarət olub.

    Əvvəlcə müəllim bu günün təsis olunması, onun məqsədi haqqında ətraflı məlumat verib. O, söyləyib ki, ətraf mühiti qorumaq, onun qayğısına qalmaq  hər bir vətəndaşın borcudur. Sonra şagirdlər hazırladıqları rəsm əsərlərini və əl işlərini nümayiş etidib, təbiət haqqında şüarlar səsləndiriblər.

    Tədbirin sonunda “Planetimizi zibillikdən təmizləyək!” mövzusunda səhnəcik nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi