Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

Fevral ayının 22-də Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 155 illiyi münasibəti ilə məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Seyran Cəfərli və kitabxana müdiri Rəqsanə Həşimovanın təşkilatçılığı ilə VII-X sinif şagirdləri ilə məktəbin kitabxanasında ədibin əsərlərinin müzakirəsi keçirilib. Müzakirədə Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Xələfova və kitabxanaçı Xəyalə Hüseynova iştirak edib.
İlk olaraq ədibin həyat və yaradıcılığı, «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyması haqqında geniş məlumat verilib. Sonra “Ölülər”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy” kimi əsərlərin müzakirəsi keçirilib. Müəllimlər tərəfindən şagirdlərə müxtəlif suallar təqdim olunub və bu suallar ətrafında disskusiyalar aparılıb.
Sonda şagirdlər tərəfindən “Çay dəstgahı” və “Anamın kitabı” hekayələrindən kiçik səhnəcik nümayiş olunub.