“Alqoritmika və kodlaşdırılma” mövzusunda xüsusi dərs keçirilib

15 dekabr 2022-ci il tarixində “Alqoritmika və kodlaşdırılma” mövzusunda VIII “C” sinif şagirləri ilə xüsusi dərs keçirilib. İnformatika müəllimi Könül Zeynalova alqoritmika və kodlaşdırılma bacarığının formalaşdırılması üçün code.org və Tinkercad platforması haqqında məlumat verib. Şagirdlər 12 yaş və üzəri layihələrlə tanış olub, labirint hazırlamaq mərhələlərini sərbəst keçməyi bacarıblar. Daha sonra şagirdlər Tinkercadda sadə model hazırlayıblar.