Beyəlxalq Ana Dili Günü münasibəti ilə "Doğma ana dilim" adlı onlayn inşa yazı müsabiqəsi keçirlidi

Beyəlxalq Ana Dili Günü münasibəti ilə məktəblilər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi IX "A" sinif şagirdi Babayeva Rəna olmuşdur. Rəna öz yazısında milli varlığımız olan ana dilimizin çox zəngin və ahəngdar, dərin köklərə malik olmasından bəhs etmiş, ana dilini qorumaq, inkişaf etdirmək və yaşatmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd etmişdir.
"Doğma ana dilim" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdir.