"Yol hərəkəti təhlükəsizliyi" mövzusunda nümunəvi dərs keçib

Mayın 29-da məktəbin ibtidai sinif müəllimi Gülpəri Əliyeva rəhbərlik etdiyi 2 “A” sinfində Həyat bilgisi fənnindən "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda nümunəvi dərs aparıb.

Gülpəri Əliyeva bildirilib ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.

Dərsin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz davranış qaydalarını öyrətmək, onların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini nümayiş etdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi