"Plastik məhsulların istifadəsinin təhlükəsi" mövzusunda seminar keçirilib

Mayın 29-da məktəbin kimya otağında VII-XI sinif şagirdlərinin iştirakı ilə məktəbin kimya müəllimi Mehparə Səlimova "Plastik məhsulların istifadəsinin təhlükəsi" mövzusunda seminar-məşğələ keçirib.

Mehparə Səlimova qeyd edib ki, plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə - dioksin ifraz olunur. Dioksin bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Araşdırmalardan məlum olub ki, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində də dioksin yaranır. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır. Buna görə də hər birimiz plastik qabların alternativlərindən-şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi