“Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbirdə iştirak ediblər

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə 236 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova, Uşaq Birliyi rəhbəri Gülnar Əzimova və məktəbin bir qrup şagirdləri də iştirak edib.

Tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafında gənclərin üzərinə düşən vəzifələrdən söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi