Respublika şahmat festivalının qalibi oldu

Mayın 9-da “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Yarışın final mərhələsində II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb. 

Şahmat yarışlarında daim öz rəqiblərini mat qoyan məktəbin ikinci sinif şagirdi Paşam Əlizadə çempionluq uğrunda sona qədər mübarizə apararaq birinci yerə layiq görülüb. Təhsil nazirinin müavini Firudin Qurbanov Paşam Əlizadəyə diplom, medal və qiymətli hədiyyələri təqdim edib.

Paşam Əlizadənin növbəti qalibiyyətini məktəb rəhbərliyi,  sinif rəhbəri Gülnarə Zeynalova və Paşamın sinif yoldaşları böyük coşqu ilə qarşılayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi