“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb

Martın 26-da “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından səfərdən qayıdan məktəbin şagirdlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub, həmçinin Naxçıvan şəhərinin qədim Ordubad rayonuna da səfər ediblər. Onlar tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.

Naxçıvana səfərdən məmnunluğunu bildirən məktəbin 10 "C" sinif şagirdi Ləman Cəfərova və 10 "B" sinif şagirdi Xaliq Hacıyev qədim diyarın tarixi, mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduqlarını və burada çoxlu dost qazandıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi