Nailiyyətlərimiz

100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azarbaycan tarixi" adlı bilik yarışması26 noyabr 2023- cü il tarixdə Azərbaycan Elm və Təhsil Nazirliyi "2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azarbaycan tarixi" adlı bilik yarışmasında 235 nömrəli tam orta məktəbin şagirdləri  Bakı şəhəri üzrə 3-cü yerə laiq görülüblər.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol yarışı keçirilib18 dekabr 2023-cü il tarixdə Pirallahı rayonu üzrə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş voleybol yarışı keçirilib. Yarışda rayonun beş məktəbi iştirak edib. Finala 168 nömrəli tam orta məktəblə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəb çıxıb. Görüşün nəticəsi olaraq Yavər Əliyev adına 235 nömrəli tam orta məktəb 1-ci yerə layiq görülüb. Beləliklə də 235 nömrəli tam orta məktəbin komandası rayon birincisi olaraq, qızıl medal və kubokla təltif olunub.

"Heydər Əliyev və Azərbaycan tarixi" kitabının təqdimatı keçirilibBakı Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22.12.2023-cü il tarixində "Heydər Əliyev və Azərbaycan tarixi" kitabının təqdimatına aid elmi-praktiki konfrans keçirilib. Konfransda məktəbin tarix müəllimi Türkan Məmmədova və XI sinif şagirdi Əliyeva Elmiraya sertifikat və "Heydər Əliyev və Azərbaycan tarixi" kitabı təqdim olunub. "Heydər Əliyev və Azərbaycan tarixi" kitabı 200-dən artıq Bakı məktəblilərinin iştirak etdiyi və 60 qalib şagirdin yazdığı referatların toplusudur.

HAQQIMIZDA

  Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin a...

BİZİM FƏXRLƏRİMİZ

Gülnur Haqverdiyeva Mahmud

Nərminə Nəsibova İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi