"Mirzə Ələkbər Sabir"

Oktyabrın 22 -i "Ana dili" aylığı  ilə əlaqədar olaraq məktəbin dil-ədəbiyyat müəllimi Babazadə Fəranə 11a sinfində açıq dərs keçirmişdir.Dərsin mövzusu görkəmli Azərbaycan şairi M.Ə.Sabirin həyat və yaradıcılığı idi.M.Ə.Sabirin həyat və yaradıcılığı başdan-başa bir ziyalının  mübarizə yoludur.Bu yolda atılan hər bir addım tariximizi öyrənmək üçün dəyərli örnək sayıla bilər.Zamanını özündə əks etdirən Sabir poeziyası dövrümüz üçün də aktualdir.Bu baxımdan məktəblilər də şairin satiralarını sevə-sevə öyrənir və təhlil edirlər.Çünki bu şeirlərdə tarix və ədəbiyyatın mükəmməl qovuşması mövcuddur.

Mədəni irsimizi qorumaq və təbliğ etmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi