Şagirdlərin "№1 Çörək zavodu"na ekskursiyası təşkil edildi

07.06.2018-ci il tarixində ibtidai sinif müəllimi Əhmədzadə Elnarə tərəfindən şagirdlərin "№1 Çörək zavodu"na ekskursiyası təşkil edilmişdir.Ekskursiya şagirdlərdə böyük marağa səbəb olmuşdur.Ekskursiya zamanı zavodun əməkdaşı Zöhrə xanım uşaqlara ətraflı məlumat verdi və eyni zamanda onlar çörəyin bişirilmə prosesi ilə də tanış oldular.Gözləri önündə bişmiş çörəyin dadına baxdılar.Rəhbərlik tərəfindən şagirdlərə "Məktəbli bulkaları" hədiyyə olundu.Ekskursiyadan sonra şagirdlər şəhərimizin parklarının birində istirahət etdilər.Asudə vaxtlarını səmərəli keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi