8 noyabr Zəfər Gününə həsr olunmuş nümunəvi dərs
7 noyabr 2024-cü il tarixində ibtidai sinif müəllimi Zenfira İsmayılovanın rəhbərliyi ilə məktəbəhazırlıq və 4-cü sinif şagirdlərinin iştirakı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş nümunəvi dərs və sinif təşkilat saatı keçirilib. Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində qazandığımız qələbənin önəmi və igid əsgərlərimizin göstərdiyi qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat verilib. Şagirdlər, şəhidlərimizin xatirəsini ehtiramla anıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin vacibliyini dərk edərək vətənpərvərlik ruhunu yaşayıblar.
Bu dərs, şagirdlərə milli qürur hissini aşılamaq baxımından önəmli olub.